Baş xəbər, Dünya
23.05.2017 / 00:50

Çin ABŞ casuslarını təmizlədi: “Bal porsuğu” əməliyyatı

Çin ABŞ casuslarını təmizlədi: Çin 2010-cu ildən bu yana ABŞ-ın 20 casusunu əlində saxlayır.

İnform.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Nyu York Tayms” qəzeti yayıb. Qəzet yaxalanan casuslardan 12-nin öldürüldüyünü, 8-nin isə həbsxanada olduğunu bildirib.

Həbs edilən casusların bir çoxu Çin vətəndaşlarıdır. Onların həbsi sayəsində ABŞ-a kəşfiyyat məlumatlarının axını dayanmağa başlayıb.

Artıq Federal Təhqiqatlar Bürosu və Mərkəzi Kəşfiyyat İdarəsi Şimali Virciniyada məxfi şəkildə Pekində aparılan əməliyyatları analiz etməyə başlayıblar. Başladılan məxfi əməliyyat “Bal porsuğu” adlandırılıb. Hər iki qurum MKİ içində xainin olmasından şübhələnir. Vaşinqtonun şübhələndiyi başqa bir məqam isə MKİ-nin öz agentləri ilə əlaqə yaratdığı sistemin çinli hakerlər tərəfindən deşifrə edilməsidir.

İnform.az

Baxış sayı: 133