Maqazin
22.05.2017 / 19:55

Bu gün əməliyyat olunacaq aktrisa: "Dualarınızı əsirgəməyin"

Bu gün əməliyyat olunacaq aktrisa:

Türkiyənin məşhur aktrisası Hülya Koçyiğit xəstəliyə tutulub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddətdir ağciyərindən şikayət edən aktrisada xərçəng tapılıb.

Bu gün ABŞ-da əməliyyat olacaq məşhur sənətçi sevənlərindən dua istəyib:

“Bu gün mənim üçün çətin bir gündür. Sizlərə gözəl xəbərlər verməyi ümid edərək yazıram. Hələ Nyu-Yorkdayam. Ağciyərimdə tapılan xərçənglə bağlı əməliyyata girəcəm bir azdan. Sizlərdən mənim üçün dualarınızı əsirgəməmənizi ümid edirəm. Hər zaman gözəl diləklərinizlə yanımda olduğunuzu hiss etdirdiyiniz üçün hamınıza ayrı-ayrı təşəkkür edirəm. Var olun''.

İnform.az

Baxış sayı: 95