Diaspora Akademiyası, Baş xəbər
22.05.2017 / 16:41

İsveçrədə yaşayan azərbaycanlılardan Rusiyanın dövlət qurumlarına müraciəti

İsveçrədə yaşayan azərbaycanlılardan Rusiyanın dövlət qurumlarına müraciəti
İsveçrədə Azərbaycanlıların Mədəniyyəti Dərnəyi Rusiya Federasiyasının Preizdenti, Rusiy aFederasiyasının Ali Məhkəməsi, Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı bəyanat ünvanlayıb.

Bu barədə İnform.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən məlumat verir.
Bəyanatda ÜAK-ın qeydiyyatının ləğvi məsələsi ilə bağlı dərin təəssüf hissi ifadə olunub.“İsveçrədə yaşayan azərbaycanlıları birləşdirən böyük bir təşkilat kimi bilirik ki, diasporla işin qurulması, vətənlə mədəni əlaqələrin qorunub saxlanılması çətindir. Ümumrusiya Azərbaycan Konqresinin də işinin necə çətin olduğunu bilirik”.
Müraiəctdə daha sonra deyilir: “İnsanların ruh yüksəkliyi ilə yaradılan,öz mədəni əlaqələrini qoruyub saxlayan və ölkənin qanunları ilə cəmiyyətdə harmoniya şəklində yaşamağı arzulayan bir təşkilat kimi sizi bu qərarın nəticələri barədə düşünməyə çağırırıq. Bu qərarla siz Rusiya Federasiyasının ərazisində yaşayan insanları dilini və mədəniyyətini öyrənməkdən, bayramlarını qeyd etməkdən və tarixi vətənlə mədəni əlaqələrini qoruyub saxlamaqdan məhrum edə bilərsiniz”.
Bəyanatda Rusiya Federasiyasının dövlət strukturlarınınbütün millətlərə və etnik qruplara tolerant münasibətini bilərək bu anlaşılmazlığın tezliklə həll olunacağına, Ümumrusiya Azərbaycan Konqresinin yenə də Rusiyada Azərbaycan diasporunu fəxrlə təmsil edəcəyinə inam ifadə olunub.

İnform.az

Baxış sayı: 71