Maqazin
22.05.2017 / 15:46

Ərəb qadınları prezidentin qızına 100 milyon verdilər

Ərəb qadınları prezidentin qızına 100 milyon verdilər
Hər zaman dekolteli libaslara üstünlük verən ABŞ prezidenti Donald Trampın modelyer qızı İvanka Tramp Səudiyyə Ərəbistanı səfərində qapalı geyimi ilə diqqət çəkib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, İvanka təşəbbüskar ərəb qadınları ilə bir araya gəlib. Boğazınadək qapalı libasa üstünlük verən İ.Tramp bu səfərdən əliboş qayıtmayıb. Belə ki, o, dünya miqyasında qurduğu fond üçün səudiyyə ərəbistanlı qadınlardan 100 milyon dollar yardım ala bilib.

Qeyd edək ki, İvankanın ərəb qadınları ilə görüşə tamamilə qapalı geyimdə getməsi sosial şəbəkədə “Az qala, hicab bağlasın” şərhlərinə səbəb olub.


İnform.az

Baxış sayı: 70