Maraqlı
20.05.2017 / 17:37

Canlı yayımda stolun altından it çıxdı, aparıcı nə edəcəyini bilmədi - Video

Canlı yayımda stolun altından it çıxdı,
Rusiyanın “Mir 24” telekanalında qadın aparıcı xəbərləri təqdim edərkən maraqlı hadisə baş verib.

İnform.az-ın “qafqazinfo”ya istinadən verdiyi məlumata görə, aparıcı xəbərləri oxuyarkən anidən stolun altında bir itin olduğunun fərqinə varıb. Hadisəyə təəccüblənən aparıcı işini görməyə davam etsə də, it bir anda hürməyə başlayıb.

Çarəsiz qalan aparıcı “Burada bir it var. Dostlar, mən bu itlə studiyada nə edim? Həm də mən pişikləri sevirəm” deyib.

İti oxşayaraq sakitləşdirən spiker daha sonra xəbərləri təqdim etməyə davam edib.




İnform.az

Baxış sayı: 1377