Dünya
20.05.2017 / 15:32

ABŞ-ın 1-ci xanımı Ərəbistanda hicab bağlamaqdan imtina etdi

ABŞ-ın 1-ci xanımı Ərəbistanda
ABŞ-ın birinci xanımı Melaniya Tramp əri ilə Səudiyyə Ərəbistanına səfəri zamanı hicab bağlamaqdan imtina edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında qadınlarla bağlı sərt geyim qaydalarına görə, ölkəyə ayaq basan əcnəbi xanımlar da hicab bağlamalıdır. Lakin ABŞ-ın birinci xanımı bu qaydalara məhəl qoymayıb.
Xatırladaq ki, daha əvvəl Almaniya kansleri Angela Merkel də Səudiyyə Ərəbistanına səfəri zamanı hicab örtməkdən imtina etmişdi.


İnform.az

Baxış sayı: 70