Dünya
20.05.2017 / 10:59

İranda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

İranda prezident seçkilərinin ilkin nəticələri açıqlandı
İranda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Trend-in Reuters agentliyinə istinadən verdiyi məlumata görə, 40 milyon səsdən 37 milyonu hesablanıb.

Agentliyin məlumatına görə, 21,6 milyon seçici öz səsini Həsən Ruhaniyə verib.

İkinci yerdə 14 milyon səs ilə İbrahim Raisi gedir.

İnform.az

Baxış sayı: 65