Baş xəbər, İqtisadiyyat
20.05.2017 / 10:46

Kənd Təsərrüfatı Nazirliyi: bolluq olacaq

Kənd Təsərrüfatı Nazirliyi:
Son vaxtlar havaların qeyri-sabit keçməsi kənd təsərrüfatı sahəsindən də təsirsiz ötüşməyib.

İnform.az bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Modern.az-a açıqlamasında bildirib ki, yağıntılı hava şəraiti kənd təsərrüfatının bütün sahələrinə müsbət təsir edəcək:
“Yağıntılı hava şəraiti kənd təsərrüfatının bütün sahələrinə, xüsusilə də taxılçılığa müsbət təsir edəcək. Bildiyiniz kimi, müəyyən müddət hava şəraiti nisbətən quraqlıq keçdi. Lakin, bu müddətdə yağıntının düşməyi taxılların sünbülləmə mərhələsinə müsbət təsir göstərib.
Eyni zamanda bu proses digər səhələrə, pambıq əkinlərinə, may ayında əkilən tərəvəz sahələrində torpaqda nəmliyin toplanmasına zəmin yaradır. Kənd təsərrüfatı sahələrinin sürətli inkişafını təmin edir. Hesab edirəm ki, bu mənfi hal deyil. Yağıntılar xüsusilə taxılçılıq və dəmyə bitkiçiliyinə müsbət təsir edəcək”



İnform.az

Baxış sayı: 58