İdman
19.05.2017 / 14:49

Benzema Fransa millisinə dəvət olunmadı

Benzema Fransa millisinə
2015-ci ildə Olimpik Lyon futbolçusu Matiu Valbenayı intim videosu ilə bağlı şantaj etdiyinə görə məhkəməlik olan Karim Benzema, Euro-2016 çempionatından sonra yenə də komandaya dəvət almayıb.

Qeyd edək ki, həmin hadisədən sonra ulduz oyunçunun milli komandadakı gələcəyinə dair xalq arasında keçirilən sorğuya əsasən, fransızların yüzdə 82-si Benzemanın komandada iştirak etməsinə qarşı çıxmışdı.

İnform.az modern.az-a istinadən xəbər verir ki, Fransa millisinin baş məşqçisi Didye Deşamp qarşıdakı oyunlar üçün 26 futbolçuya dəvət göndərib:
Qapıçılar: Uqo Loris (“Tottenhem”), Alfons Areolya (PSJ), Benua Kostil (“Renn”).
Müdafiəçilər: Lyuka Din (“Barselona”), Kristof Jalle (“Lion”), Prenel Kimpembe (PSJ), Loran Koselni (“Arsenal”), Benjeman Mendi (“Monako”), Samuel Umtiti (“Barselona”), Rafael Varan (“Real”), Kurt Zuma (“Çelsi”), Cibril Sidibe (“Monako”).
Yarımmüdafiəçilər: Pol Poqba (“Mançester Yunayted”), Nqolo Kante (“Çelsi”), Blez Matyuidi, Adrien Rabyo (hər ikisi PSJ), Florian Tove (“Marsel”), Mussa Sissoko (“Tottenhem”), Korenten Tolisso (“Lion”), Dimitri Payet (“Marsel”), Toma Lemar (“Monako”).
Hücumçular: Usman Dembele (“Borussiya”, Dortmund), Aleksandr Lakazett (“Lion”), Olivye Jiru (“Arsenal”), Kilian Mbappe (“Monako”), Antuan Qrizmann (“Atletiko”).
Belə görünür ki, fransızların Benzemaya olan münasibəti hələ də dəyişməyib.



İnform.az

Baxış sayı: 216