Maqazin
19.05.2017 / 13:16

Nura nikah fotosunu paylaşdı - “Özünüzdən utanırsınız?”

“Nikahım. Uzun illər öncə... Haqqımda şayiələr uyduranda elə edin ki, sonra biabır olmayasınız”.
Nura nikah fotosunu paylaşdı -

İnform.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Nura Suri sosial şəbəkədə paylaşıb. Sənətçi nikah bağlamadan münasibət qurması barədə yayılan şayiələrə son qoyub.

Nura arxiv fotolarını paylaşaraq söz-söhbətlərə son qoymaq qərarına gəlib:

“Arxamca danışmaqdan boğulub, gəbərəcəksiniz. Keçmişinizə baxın, əgər qorxmursunuzsa... Arxaya dönüb baxanda özünüzdən utanırsınız?”

Qeyd edək ki, Nura Suri 3 dəfə ailə həyatı qurub. Müğənninin Xosrov, Möhsen və David adlı 3 oğlu var.



İnform.az





Baxış sayı: 78