Maqazin
19.05.2017 / 10:35

Zamiqin gizlətdiyi sevgilisi - FOTO

Zamiqin gizlətdiyi sevgilisi -

Subaylığın daşını atan məşhurlar Karvanına Zamiq Hüseynov da qoşulmaq istəyir.

İnform.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, müğənni bir müddət əvvə ciddi bir münasibətə imza atıb. O, hətta dostları ilə birgə fotosunu instaqramda paylaşaraq sevgilisinin üzünü gizlədib. Hakan və Leyli Erol cütlüyü ilə nahar fotosundakı xanımın kimliyi hər kəsin marağına səbəb olub.

Elə həmin fotonun şərh bölməsində hamı Zamiqi təbrik edib. Sənətçi isə yazılan şərhləri cavabsız qoyub. Əldə etdiyimiz məlumata görə, həmin xanım uzun müddətdir ki, Rusiyada yaşayıb. Son iki ildə Azərbaycana köçən gənc qız Hüseynovla tanış olub və eşq yaşamağa başlayıb.

İddia edilir ki, onların bu ilin sonunda nikah bağlayacaq.

Zamiqin gizlətdiyi sevgilisi -



İnform.az

Baxış sayı: 61