Baş xəbər, Dünya
18.05.2017 / 00:17

Tacını sevgisinə qurban verdi- Fotolar

Tacını sevgisinə qurban verdi-

Yaponiya imperatoru 83 yaşlı Akihitonun nəvəsi Mako Akisino öz titulundan imtina etmək qərarına gəlib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, buna səbəb onun heç bir titulu olmayan, adi şəxslə evlənmək istəyidir.

Belə ki, şahzadə Mako 5 il əvvəl Tokionun Ginza səmtindəki restoranlarından birində tanış olduğu Kei Komura ilə evlənmək qərarı alıb.

Yokohama şəhərində yaşayan K.Komuro bankda çalışır.

Gənclər nikahı gələn ilə təyin ediblər. Ölkə qanunlarına görə, imperator ailəsinin üzvü həyatını sadə insanla birləşdirəcəyi təqdirdə titulundan məhrum edilir. O, həmçinin gələcəkdə taxta iddialı olmur.

Şahzadə xanım isə bundan qorxmur. Onun fikrincə, sevgi üzərində qurulan ailə bütün titullardan daha vacibdir.

Tacını sevgisinə qurban verdi-


Tacını sevgisinə qurban verdi-


Tacını sevgisinə qurban verdi-



İnform.az

Baxış sayı: 146