İqtisadiyyat
17.05.2017 / 10:16

“Accesbank”ın rəhbərliyinə yeni təyinatlar

“Accesbank”ın rəhbərliyinə yeni təyinatlar
"AccessBank" QSC-nin rəhbərliyinə yeni təyinatlar olub.

İnform.az şirkətin saytına istinadən xəbər verir ki, Anar Həsənov İdarə Heyəti sədrinin I müavini vəzifəsinə təyin olunub. Bundan öncə A.Həsənov sədrin müavini idi.

Bundan başqa, "AccessBank"a 4 yeni icraçı direktor təyin edilib. Belə ki, Elşən Pirmalıyev bankın Pərakəndə və biznes müştəriləri üzrə icraçı direktoru, Səbinə Qurbanova Alternativ bankçılıq üzrə icraçı direktor, Aynur Süleymanlı İnsan resursları, administrasiya və təhlükəsizlik üzrə icraçı direktor, Nizami Qədirov Risk idarəçiliyi və tədqiqatlar üzrə icraçı direktor təyin olunub.

Qeyd edək ki, hazırda bankın 6 icraçı direktoru var.


İnform.az

Baxış sayı: 95