İqtisadiyyat
16.05.2017 / 16:32

Qazaxıstan Azərbaycan bankına yatırdığı 250 milyon dollar geri istəyir

Qazaxıstan Azərbaycan bankına yatırdığı 250 milyon dollar geri istəyir
Qazaxıstanın Vahid Pensiya Fondu yanında yaradılan İctimai Şura ölkənin Milli Bankına müraciət edib.

İnform.az modern.az-a istinadən xəbər verir ki, İctimai Şura Azərbaycan Beynəlxalq Xalqının səhmlərində yer alan pensiya aktivlərinin taleyi ilə maraqlanır.

İctimai Şuranın sədri Alevtina Donskix 2014-cü ildə Azərbaycan Beynəlxalq Bankına 250 milyon dollar investiisya yerləşdirildiyini və vəsaitlərin 51 milyon dollarının istiqrazlar şəkildə çıxarıldığını bildirib. Onun sözlərinə görə hazırda bankdakı qalan vəsaitin çıxarılması gündəmdədir.

İnform.az

Baxış sayı: 60