Müsahibə
16.05.2017 / 15:03

Uşaqlarda utancaqlıq - “Valideynlər də günahkardırlar”

Uşaqlarda utancaqlıq -
Sevinc İsmayılova: “Uşaqlarda həddindən artıq utancaqlıq problemi vaxtında aradan qaldırılmazsa, ruhsal problemlər yarada bilər”

Utancaqlıq cəmiyyət arasında xarakterik xüsusiyyət olaraq qəbul edilir. Ancaq bununla bərabər çox zamanlarda bu vəziyyət psixoloji problemə çevrilir. Bu hal istər uşaqlıq dövründə olsun, istərsə də yetkin zamanlarda insanları cəmiyyətdən kənarlaşdıra və qorxaq olmalarına qədər gətirib çıxara bilər.

İnform.az modern.az saytına istinadən uşaq yaşlarında yaranan utancaqlıq haqqında klinik psixoloq və ailə psixoterapevti Sevinc İsmayılova ilə müsahibəni təqdim edir.

-Uşaqlarda həddini aşan utancaqlıq biloji ya sosioloji faktorun nəticəsidir?

-Uşaqlardakı utancaqlıq, içinə qapanma, insanlardan qaçma kimi davranışlar həm genetik, həm də çevrəsəl faktorlardan qaynaqlanır.

-Bu hal özünü nə zaman göstərir və necə ortaya çıxr?

-Uşağın həyatında mühüm dəyişikliklərolduğu zaman. (məktəb və ya bağça dəyişimi, yeni mühitə daxil olması, bacı və ya qardaşın dünyaya gəlməsi, xəstəliklər, ölüm, travmalarvə.s)
Evdə emosional, fiziki, sözlə şiddət gördüyü zaman, məktəb və ya bağçada yaşıdlarından təzyiq gördüyü vaxtlarda da bu hal ortaya çıxır.

-Bu halın yaranmasında və yaxud daha da dərinləşməsində valideynlərin nə kimi səhvləri var?

-Əgər valideynlər uşağın cüzi müsbət davranışlarını görməzdən gəlirsə, onları qiymətləndirmirlərsə, uşaqlarını hərzaman tənqid etməyə, şiddət göstərməyə, müqayisə etməyə, alçaltmağa meyillidirlərsə, ən əsası uşağın sakit, utancaq olmasını- tərbiyə meyarı kimi görürlərsə, onların uşaqları mutizm, sosial fobiya, yayğın anksiyete- qayğı pozuntusu yaşamağa meyilli olurlar..

-Valideynlərin öhdələrinə nələr etmək düşür?

-Valideynlər ilk növbədə uşaqları ilə düzgün davranış metodlarını öyrənməlidir. Daha təmkinli səbirlə və hər uşağın yaş dövrünə görə davranmalıdırlar. Bu mövzuda maariflənmək şərtdir.

-Sizə bu problemlə əlaqədar müraciət edən olubmu? Olubsa necə onlara kömək edirsiniz?

-Təəssüflərolsun ki çoxdur. Belə vəziyyətləri terapiya yolu ilə aradan qaldırmaq mümkündür. Biz də bu səbəbdən müraciət edənlərə terapiya ilə kömək edərək aradan qaldırırıq.

-Ən şiddətli halda bu vəziyyət nə ilə nəticələnə bilər?

-Əgər vaxtında aradan qaldırılmasa, gələcəkdə çəkingən şəxsiyyət pozuntusu, depressiya kimi ruhsal problemlərə və psixoza( düşüncə və duyğunun ağır formada pozulması) qədər gətirib çıxarda bilər.


İnform.az

Baxış sayı: 831