Maraqlı
16.05.2017 / 12:53

Uzaq gələcəkdə bizi gözləyən fəlakətlərin SİYAHISI

Uzaq gələcəkdə bizi gözləyən
Növbəti milyard il ərzində planetimizi və bəşəriyyəti gözləyən fəlakətlərin siyahısı hazırlanıb.

İnform.az Trend-ə istinadən bildirir ki, bu fəlakətlər sırasına yendən buz dövrünün başlaması, Niaqara şəlaləsinin yox olması, diametri 1 kilometr olan astroidin Yerlə toqquşması, super vulkanın püskürməsi kimi təbii fəlakətlər daxildir.

Bu qorxunc siyahı bununla bitmir. Alimlər uzaq gələcəkdə Saturn halqasının tamam itəcəyini, güclü qamma partlayışı baş verməsi nəticəsində Yerin ozon qatının tamam dağılacağını da proqnozlaşdırırlar.

Bundan başqa, "RealLifeLore" kanalının gözlənilən fəlakətlərlə bağlı hazırladığı videoçarxda qeyd edilir ki, Günəşin parlaqlığı və şüalarındakı dəyişiklik Yerdə kəskin iqlim dəyişikliyinə səbəb olacaq, güclü buxarlanma səbəbindən isə Yer üzündə okeanlar yox olacaq.


İnform.az

Baxış sayı: 128