Mədəniyyət
16.05.2017 / 10:21

“Eurovision 2018” bu şəhərdə keçiriləcək

“Eurovision 2018”
“Eurovision 2018” mahnı müsabiqəsinin ev sahibi olan şəhər açıqlanıb.

İnform.az “qafqazinfo”ya istinadən bildirir ki, Portuqaliyanın rəsmi kanalı RTP yarışmanın Lissabon şəhərində keçiriləcəyini bildirib.

İlk dəfə “Eurovision”da qalib olan Portuqaliya şounu isə “MEO Arena”da reallaşdıracaq.

Bildirilib ki, paytaxt Lissabon avropalılara ev sahibliyi etmək üçün ən ideal variantdır.

İnform.az

Baxış sayı: 94