Texnologiya
17.06.2015 / 15:47

"Sony" yeni smartfonunu təqdim etdi

"Sony" yeni smartfonunu təqdim etdi

Rəsmi təqdim edilmiş qabaqcıl “Sony Xperia Z4v” smartfonu “Xperia Z3+” modelinin təkmilləşdirilmiş versiyasıdır.

İnform.az “dailycomm.ru” saytına istinadən bildirir ki, əsas fərq ekranla bağlıdır. Yeni qurğuda ekranın təsvir ölçüsü 2560x1440 piksel təşkil edir. Bundan başqa, “Sony Xperia Z4v” aparatında akkumulyator batareyasının tutumu bir qədər artıb (2930-dan 3000 milliamper/saatadək), “Qi” və “PMA” simsiz enerjidoldurma texnologiyalarının dəstəyi əlçatan olub.

Baxış sayı: 525