İqtisadiyyat
15.05.2017 / 14:51

Azərbaycan neft hasilatını azaldıb

Azərbaycan neft
Bu ilin yanvar-aprel aylarında ölkə sənayesində 12,6 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6% az sənaye məhsulu istehsal edilib.

İnform.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,8% artıb, neft sektorunda isə 7,5% azalıb.

Sənaye məhsulunun 70,5%-i mədənçıxarma sektorunda, 23,8%-i emal sektorunda, 5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 9,5%, əmtəəlik qaz hasilatı isə 0,2% azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 3,7%, içkilərin istehsalı 39,4%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,2 dəfə, geyim istehsalı 73,6%, ağacın emalı və ağacdan məmulatların istehsalı 88,6%, kimya sənayesi məhsullarının istehsalı 11,7%, əczaçılıq məhsullarının istehsalı 2,3 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 60,6%, tikinti materiallarının istehsalı 44,7%, metallurgiya sənayesi məhsullarının istehsalı 2,4%, kompüter və elektron məhsulların istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,4 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 32,5%, mebel istehsalı 47,9% artıb, tütün məmulatlarının istehsalı 49,0%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 60,4%, kağız və karton istehsalı 2,8%, poliqrafiya məhsullarının istehsalı 60,7%, hazır metal məmulatlarının istehsalı 29,5%, maşın və avadanlıqların istehsalı 1,0%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 59,9% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,2% azalıb.

İnform.az

Baxış sayı: 68