İdman
12.05.2017 / 18:21

Avroliqanın finalının hakimi bəllidir

Avroliqanın finalının hakimi bəllidir
Avropa Liqasının final görüşünü idarə edəcək hakimlərin adına aydınlıq gəlib.

İnform.az “qafqazinfo”ya istinadən xəbər verir ki, "Mançester Yunayted" (İngiltərə) - "Ayaks" (Hollandiya) finalında ədaləti sloveniyalı Damir Skomina qoruyacaq. Ona həmyerliləri Jure Praprotnik və Robert Vukan kömək edəcək.

Qeyd edək ki, bu qarşılaşma mayın 24-də İsveçin paytaxtı Stokholmda, "Friends Arena"da keçiriləcək.


İnform.az

Baxış sayı: 167