Mədəniyyət
12.05.2017 / 10:20

“Eurovision-2017”nin bütün finalçıları bəlli oldu

“Eurovision-2017”nin bütün finalçıları bəlli oldu
“Eurovision-2017” mahnı müsabiqəsinin ikinci yarımfinalı yekunlaşıb.

İnform.az xəzərnews.az-a istinadən xəbər verir ki, Kiyevdə keçirilən yarışmanın ikinci yarımfinalında 18 ölkə mübarizə aparıb. Çıxışlardan sonra keçirilən səsvermənin nəticələrinə görə, finala Bolqarıstan, Belarus, Xorvatiya, Macarıstan, Danimarka, İsrail, Rumıniya, Norveç, Niderland və Avstriya təmsilçiləri çıxıb.
Qeyd edək ki, ilk yarımfinalda isə Azərbaycan, Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Avstraliya, Kipr, Belçika və Ermənistan daha çox səs toplayıb. Finala birbaşa vəsiqə qazanan ölkələr isə Ukrayna və “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

İnform.az

Baxış sayı: 122