Din
11.05.2017 / 18:17

“Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda regional seminar-müşavirə keçirilib- Lənkəranda

“Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda regional seminar-müşavirə keçirilib-
Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Cəbrayıl rayon Prokurorlarının, Daxili İşlər və Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli strukturlarının rəhbərlərinin iştirakı ilə Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda regional seminar-müşavirə keçirilib.

İnform.az-ın xəbərinə görə “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda keçirilən müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Baş Prokurorluğun nümayəndəsi Alim Cəbrayılov, Daxili İşlər Nazirliyinin nümayəndəsi Oktay Tağıyev, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Cəbrayıl rayonlarının hüquq-mühafizə orqanlarının yerli strukturlarının nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli strukturlarının əməkdaşları, din xadimləri, dini icma sədrləri, gənclər və ictimaiyyətin nümayəndələri iştirak edib.

Əvvəlcə tədbir iştirakçılarına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dünyada gedən proseslərin, dini zəmində baş verən ixtilafların, radikalizm və ekstremizmin, islamafobiya meyllərinin islam ölkələrinə dağıdıcı təsirlərindən danışaraq, bu kimi mənfi halların qarşısının alınması baxımindankeçirilən regional seminar-müşavirənin əhəmiyyətini vurğulamışdır. Əsası Ulu Öndər tərəfindən qoyulmuş, bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətlərinin Azərbaycan modelinin formalaşdığını və bu modelin dünya üçün bir nümunə olduğunu diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxışında dini zəmində baş verən münaqişələrin, radikalizm və ekstremizmin müsəlman ölkələrinə ciddi zərbə vurduğunu və bu prosseslərin müsəlman ölkələrinin tənəzzülünə səbəb olduğunu bildirmiş, ölkəmizdə bu kimi prosseslərin qarşısının alınmasında DQİDK-nin, QMİ-nin və hüquq-mühafizə orqanlarının əməkdaşlıq etdiyini, ciddi işlər aparıldığını qeyd edərək, Azərbaycanda mövcud olan multikultural və tolerant mühitin dünyaya ixrac edildiyini vurğulayıb. Cənab Prezident tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edildiyini vurğulayan sədr müavini bununla ölkəmizin tarixi missiya həyata keçirdiyini, islam ölkələrini sülhə, həmrəyliyə çağırdığını qeyd edib.
Baş Prokurorluğun nümayəndəsi Alim Cəbrayılov və Daxili İşlər Nazirliyinin nümayəndəsi Oktay Tağıyev çıxışlarında məzhəb qarşıdurması, dini ayrı-seçkilik, radikal dini cərəyanlara qarşı aparılan profilaktiki və inzibati işlərdən danışaraq, son dövrlərdə bu sahə üzrə qanunvericilikdə edilmiş dəyişikliklər barədə məlumatlar verib.

QMİ-nin bölgə qazisi Hacı Qəni Axundzadə islam dininin elm dini olduğunu, bu dinin xurafatdan uzaq şəkildə təbliğ olunmasında maariflənmənin vacibliyindən danışaraq, bölgədə son dövrlərdə dini sabitliyin mövcudluğunu diqqətə çatdırıb.

“Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda regional seminar-müşavirə keçirilib-


“Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda regional seminar-müşavirə keçirilib-


İnform.az

Baxış sayı: 176