Mədəniyyət
20.07.2015 / 10:01

Aktrisa tənqid edildi

Aktrisa tənqid edildi

Aktrisa Pərvin Abıyevanın İnstagram səhifəsində paylaşdığı foto yaxşı qarşılanmayıb. Aktrisanın sonuncu fotolarından biri tənqiq edilib. Geyimlərində sərbəst olan Pərvin xanımı əndazədən kənar, milli mentalitetə uyğun qəbul etməyənlər aktrisanı qıcıqlandırıblar. Hətta profilinə hicablı fotosunu qoyub, şərhdə söyüş ifadəsi işlədən xanımın timsalında Pərvin Abıyevanın onlara cavabı gecikməyib:
"Belə səviyyəsiz qızlara nə deyəsən? Danışanda namusdan, qeyrətdən dəm vuranlar! Baxın, geyimlə namus ölçülmür, belələridi qadınlığın adını batıran!!! Üstəlik, bu mesaj bölümündə yox "komment"də yazılıb. Bir qadın gərək nə qədər tərbiyəsiz, axmaq olsun ki, kiminsə şəklinin altından belə şeylər yazsın. Bir azdan bu şərh silinəcək. Hər kəs bilsin ki belə axmaq yazıların sonu, bu cür cavabını alacaq".

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 431