İqtisadiyyat
11.05.2017 / 11:31

Dövlət əmlakını özəlləşdirmək asanlaşdı - Elektron hərracda

Dövlət əmlakını özəlləşdirmək asanlaşdı -
Artıq Azərbaycanda dövlət nəqliyyat vasitələri və avadanlıqlarının özəlləşdirilməsi üzrə hərraclarda iştirak etmək istəyən şəxslər hərraclara gəlmədən bu prosesdə iştirak edə biləcəklər.

İnform.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Əmlak məsələləri üzrə Dövlər Komitəsinin sədr müavini Rafiq Cəlilov deyib.

Onun sözlərinə görə, bu, elektron hərraclar sisteminin yaradılması vasitəsilə mümkün olacaq.

R.Cəlilov deyib:

"Dövlət nəqliyyat vasitələri və avadanlıqlarının özəlləşdirilməsində iştirak etmək istəyən şəxslərin artıq hərraclara gəlməsinə ehtiyac qalmayacaq. Belə ki, onlar evlərində, işdə ola-ola da internet vasitəsiiə hərraclara qatıla biləcəklər".

İnform.az

Baxış sayı: 164