Dünya, Maraqlı
19.04.2017 / 11:51

Misirdə 3.500 illik firon qəbri tapılıb

Misirdə 3.500 illik firon qəbri tapılıb
Misirdə arxeoloqları yeni sərdabə tapıblar.

İnform.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, Misirin Luksor şəhəri yaxınlığında qədim bir qəbir tapılıb. Alimlərin fikrinə görə bu məzar 3.500 il əvvəl yaşamış bir firona məxsusdur.

Hadisə Luksorun qərbində baş verib. Arxeoloji qazıntıların aparıldığı "Draa Abul Nagaa" bölgəsində tapılan fironun sərdabəsində mumya, sarkofaq və bir çok heykəl var. Alimlər və mütəxəssislər sarkofaqın üzərində işləyirlər və yazıların sirrini tapmağa çalışırlar.

İnform.az

Baxış sayı: 182