Araşdırma
19.04.2017 / 11:01

Tarixə səyahət: Mircəfər Bağırov- Araşdırma

Tarixə səyahət: Mircəfər Bağırov-
Vüqar Şahbazov/tarixçi-araşdırmaçı


III hissə


Əvvəli burada:http://inform.az/index.php?newsid=25567

1929-cu ilin sentyabrında Mircəfər Bağırov Moskvadan gələn göstərişlə Tiflisdən drezinayla (dəmiryolçuların istifadə etdikləri qatarla) Bakıya gəlir.Həmin dövrdə Azərbaycanda rəhbərlikdə erməni Rubiyan idi.

Qeyri azərbaycanlılar etnik və milli cəhətdən milləti məhv etmək siyasəti aparırdılar.1933-cü ildə Mircəfər Bağırov Azərbaycanda hakimiyyətə gəlir.Ölkədə baş vermiş üsyanlar və bu üsyanlara qarşı mübarizə tədbirləribarədə Bağırov mərkəzə arayış formasında müraciət edir. 1933-cü ilin avqust ayında StalinləMolotov arasında gizli sənəd imzalandı və bu sənəd bütün milli respublikalara göndərildi.Bu sənədə söykənərək 1936-cı ildə Azərbaycan Xalq Komissarları Sovetinə və Mərkəzi İcraiyyə Komitəsinə məktub göndərildi.Göstəriş verildi ki, ayrı-ayrıidarələrdə, dövlət struktur orqanlarında, bütün şübhəliləri həbs etmək lazımdır.Bu haqda Bağırovun Stalinə göndərdiyi şifroqramda deyilir:

" Tam məxfi şifroqram.Yoldaş Stalinə..
On altı rayonda üsyançı təşkilatların kütləviliyini və yeddi quldur dəstəsinin hərəkətə keçməsini nəzərə alaraq israrla xahiş edirəm icazə verin.Dörd mindən çox insanı sıradan çıxaraq: qolçomaqlar 1800 nəfər,quldur elementlər 2200 nəfər.Siyasi üçlüklər sürətlə bu insanların işi barədə hökm verməlidirlər.
1. Təxribatçı –üsyançı qüvvələrdən 600 nəfər güllələnməlidir;
2. Müsavatçı, iddihatçı, daşnaklar, ruhanilər, sürgündən qayıdıb islah olunmayanlar - 250 nəfər;
3. Əvvəllər repressiyaya məruz qalmayan bəylər, mülkədarlar, qolçomaqlar, digər anti-sovet ünsürlər – 250 nəfər;
4. Qaçaqlara havadarlıq edənlər – 150 nəfər.

Birinci kateqoriyaya aid 1250 nəfərin, II kateqoriyadan 500, III kateqoriyadan əlavə 700 nəfərin həbsinə ehtiyyac var.Bu əməliyyat müvəffəqiyyətlə həyata keçirildiyi halda icazə verin islah kaloniyalarına 150 ailəni sürgün edək.Siyasi üçlüyü aşağıdakı heyyətdətəsdiq edin: Sumbatov, Teymurquliyev, Cahangir Sumbatzadə..
Azərbaycan Kommunist Partiyasının I katibi Mircəfər Bağırov.
Bakı,9 iyul 1937- ci il "

Mircəfər Bağırovun repressiya illərində baş verən prosseslərə təsir etmək imkanların dövrlərə bölmək lazımdır.

1938- ci ilə qədər, Lavrenti Pavloviç Beriya Xalq Daxili İşlər Komissarı olana qədər Bağırovun represiya prosseslərinə təsir etmək imkanı çox məhdud idi.
Xususilə də “Müsavat” la əlaqəli olan şəxslərin tutularaq həbs edilməsi məsələsi mərkəz tərəfindən çox ciddi şəkildə qoyulmuşdu.
Hətta onun kadrları, ən yaxın adamları belə repressiyaya məruz qalmışdılar. Bağırov öz kadrı olan Nazirlər Kabinetinin sədri Hüseyn Rəhmanovun həbsdən azad edilməsi ilə bağlı istintaqa müraciət edir.

Həmçinin ADR dövründə Milli Hökumətdə əks-kəşfiyyat idarəsini yaratmış Əliağa Şıxlinskini müdafiə etmək üçün birbaşa Stalinə müraciət edir.Üzeyir Hacıbəyliyə “Koroğlu”operattasın yazdırmaqla, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif vəzifələrdə çalışmış Əli bəy Zizinskini, Bəybala Alpanskini, Hacıbala Məmmədyarovu, Əziz Məşədi Hüseyn oğlu Əzizovu, Məmməd Hacıyevi, Əbil Qasım Rüstəmovu, Məmməd Aslan oğlu Sarıcalinskini, müsavat "əksinqilabı" sədrinin həyat yoldaşı Şıxzamanovanı, Qiyas bəy Cahandar bəy oğlu Şıxlinskini, Mikayıl Rəfilini və digər şəxsləri müdafiə etməklərepressiyadan qorumuşdur.Bununla yanaşı Bağırov, həm də dövrün siyasi konyukturasından öz siyasi rəqiblərini məhv etmək üçün çox böyük ustalıqla istifadə edirdi.

İnform.az

Baxış sayı: 209