Maqazin
18.04.2017 / 17:34

"Mənim kimi xanımın həyat yoldaşı olmamalıdır"- Aparıcı Mətanət/VİDEO

"Mənim kimi xanımın həyat yoldaşı olmamalıdır"-
ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan tanınmış aparıcı Mətanət Əliverdiyeva maraqlı açıqlamalar verib.

İnform.az BiG.AZ-a istinadən xəbər verir ki, o, ilk olaraq şəxsi həyatı haqda bəzi sirləri açıb:

"Elə dövrə düşdü ki, bizim onunla münasibətimiz Qarabağ müharibəsi zamanı idi. O zaman qərar verdim ki, döyüşə gedəcəyəm. Hərbçi olmaq istəyirdim, atam icazə vermədi. Atama indi deyirəm ki, qoysaydın o vaxt, indi general idim. Bir az sındım ki, istədiyimə nail olmadım. Evdə döyüşə gedəcəyimi deyəndə, etiraz etdilər. Sonda dedilər ki, bunu nə qədər tez evləndirsək, o qədər yaxşıdır. Evləndim, amma çox uzun çəkmədi. İki ildən bir qədər az evliliyim oldu. Anladım ki, o deyil. Mən həmişə düşünürəm ki, gərək mənim kimi xanımın həyat yoldaşı olmasın. Həmişə bu fikirdə olmuşam. Çox sərbəstəm, öz fikirlərimi deyən, bildiyimi yeridənəm. Kimsə mənə deyə bilməz ki, niyə bunu belə elədin?, sən bu vaxta kimi hardasan? Bunu qəbul edə bilmirəm. Hər şeyi özüm edirəm. Həyat yoldaşım psixoloji cəhətdən məndən 10 dəfə güclü olmalıdır".

Teleaparıcı daha sonra iş dünyasına ilk addımlarından danışıb:

"Ayrılandan sonra anamgilin yanına qayıtdım, övladım oldu. Sonra radioya işə düzəldim. Hamının tanıdığı Böyük Seva məni işə düzəltdi. Ona təşəkkür edirəm. Sonra televiziyada aparıcı olmağı təklif edəndə, istəmədim. Radionu sevirdim. Sonra çıxdım, böyük partlayış oldu. Daha sonra gördülər ki, bir yerdə dayana bilmirəm, "Ford Boyard"a göndərdilər. Sonra xəbərlərdən şouya getdim. Elməddin sağ olsu,n seriala təklif göndərdi və s".

İnform.az

Baxış sayı: 4617