Mədəniyyət
18.04.2017 / 16:48

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni sədr seçilib

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni sədr seçilibBu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib.

İnform.az “Report”un xəbərinə istinadən bildirir ki, iclasda təşkilati məsələyə baxılıb.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yekdil qərarına əsasən Muxtar Kazım oğlu İmanov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri seçilib.
Qeyd edək ki, 62 yaşlı M.İmanov Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvüdür.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri vəzifəsini 12 ildir Cahangir Məmmədli həyata keçirirdi. Onun səlahiyyət müddəti başa çatıb.

İnform.az

Baxış sayı: 108