Elm-təhsil
18.04.2017 / 16:24

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib- FOTO

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib-Aprelin 18-də Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib.

Bölmənin akademik-katibi, akademik Teymur Kərimli iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə elmi-təşkilati məsələlərdən ilk olaraq Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun strukturunda dəyişiklik edilməsi haqqında müzakirə aparılıb. Bildirilib ki, XVII-XVIII əsr Azərbaycan ədəbiyyatını, o dövrdə yaşayan şairlərin həyat və yaradıcılığını, sənətkarlığını öyrənmək, onların kənarda qalan irsini toplamaq, tədqiq etmək kimi məsələlər Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin yaradılmasını zəruri edib.

Bölmə qeyd olunanları nəzərə alaraq, yeni şöbənin yaradılması ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıb.
Haqqında danışılan növbəti məsələ Folklor İnstitutunun "İrs" folklor ansamblının adı ilə bağlı olub. Bildirilib ki, ölkədə eyni adda çoxsaylı musiqi qrupları fəaliyyət göstərdiyindən İnstitutun nəzdindəki ansamblın adında dəyişikliyə ehtiyac var.

Bölmənin qərarı ilə Folklor İnstitutunun "İrs" ansamblının adı "Qorqud" folklor ansamblı şəklində dəyişdirilib.

İclasda Hüseyn Cavidin Ev Muzeyinin Alqı Komissiyasının yeni tərkibinin təsdiqi haqqında qərar qəbul edilib.

Sonda bir sıra kadr məsələlərinə baxılıb.

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib-


İnform.az

Baxış sayı: 145