Maqazin
17.04.2017 / 17:15

"Atam beş qızı olduğu üçün havalandı, çıxıb getdi"- Elza

"Atam beş qızı olduğu üçün havalandı, çıxıb getdi"-
Əməkdar artist Elza Seyidcahan həyatı ilə bağlı maraqlı etiraf edib.

Axşam.az-ın məlumatına görə, müğənni “ATV maqazin onlarla” verilişinin “Gəlmələr” rubrikasında bir bacısının öldüyünü deyib:

“Beş bacı idik. Sonuncu bacım 1 aylıq olanda anam bərk xəstələndi. Onu şəhərə müalicəyə apardılar. Bizə anamın anası baxırdı. Qırxı çıxmayan uşağı oyuncaq kimi oynadırdıq. Bələkdə olan uşağın əlindən tutub dirəşirdik ki, gəz. Adı Təhminə olan o bacım dünyasını dəyişdi. Anam xəstələnməsəydi, bacım yaşayardı.

Atam oğlan övladı istəyirdi. Beş qızı olanda havalanıb, hirsindən gülüb, ağlayıb, içki aludəçisi olub ki, niyə oğlum olmur? Həmin vaxtdan atam çıxdı getdi, itkin düşdü. Heç məzarının da harada olduğunu bilmirik. Bəlkə də yaşayır. Anamdan 13 yaş böyük idi”.

"Atam beş qızı olduğu üçün havalandı, çıxıb getdi"-


İnform.az

Baxış sayı: 1509