Mədəniyyət
17.04.2017 / 14:55

"40 ildir sənətdəyəm, hələ xalq artisti olmamışam" - Azərbaycanlı musiqiçi

"40 ildir sənətdəyəm, hələ xalq artisti olmamışam"  -Əməkdar artist gileylənib.

Əməkdar artist, klarnet ustası Şərbət Rzaquliyev Dağıstanda konsert verib.

İnform.az İstiPress-ə istinadən xəbər verir ki, o, Dağıstanın Mədəniyyət naziri Ramazan Abdullatifovun dəvəti ilə 3 saatlıq konsert proqramı ilə çıxış edib.

Klarnet ustası eyni zamanda yay aylarında Bakıda da konsert verməyə hazırlaşığını bildirib.

İstiPress-ə açıqlama verən əməkdar artist ona lazımi dəyərin verilmədiyindən də gileylənib:

"40 ildir mən bu sənətdəyəm. Təəssüf edirəm ki, hələ də xalq artisti adına layiq görulməmişəm. Düşünürəm ki, həyatımı sərf etdiyim bu sənət yolunda bu ada layiqəm. Ən böyük arzum isə Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış etməkdir”.

Qeyd edək ki, Şərbət Rzaquliyev Dağıstan Respublikasının xalq artistidir.

İnform.az

Baxış sayı: 931