Din, Elm-təhsil
14.04.2017 / 16:47

Dini radikalızmlə mübarizəyə həsr olunmuş seminarlar davam edir- Lənkəranda (Fotolar)

Dini radikalızmlə mübarizəyə həsr olunmuş seminarlar davam edir-

Bu gün Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb-liseydə, Lənkəran şəhər T.Bayraməlibəyov adına 2 saylı və H.Aslanov adına 3 saylı tam orta məktəblərin müəllim-şagird kollektivinin iştirakı ilə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir-müavini-Dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, Lənkəran şəhər Təhsil şöbəsinin aparıcı məsləhətçiləri Ramin Höccətov, Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb-liseyin direktoru Akif Xalıqov, müəllimlər, şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb-liseyin direktoru Akif Xalıqov qonaqları salamlayaraq, məktəblərdə bu istiqamətdə keçirilən tədbirlərin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov İslam dininin humanist və insani dəyərlərlə zəngin olan din olduğunu diqqətə çatdıraraq, dinimizin olduğu kimi gənclər arasında təbliğ olunmasının zəruriliyindən danışıb.

Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir-müavini-Dini qurumlarla işin təşkilatçısı Asif İmanlı şagirdlər arasında bu kimi maarifləndirmə tədbirlərinin keçirilməsinin, gənclərin bu istiqamətdə məlumatlandırılmasının əhəmiyyətini qeyd edib.

Lənkəran şəhər Təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramin Höccətov şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin keçirilməsinin zəruriliyini qeyd edərək, gənclərin radikal dini təsirlərdən, dini radikalizmdən qorunmasında təhsilin önəmini qeyd edib.

DQİDK-nin Lənkəran bölgə şöbəsinin məsləhətçisi Vüqar Şahbazov dini radikalizm, ekstremizm və onun fəsadları haqqında məlumat verərək, gənclərin maariflənməsi, radikal qrupların təsirinə məruz qalmamaları baxımından “Fitnə” filminin mühüm əhəmiyyəti olduğunu diqqətə çatıb.

Sonda Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş etdirilib.

Dini radikalızmlə mübarizəyə həsr olunmuş seminarlar davam edir-


Dini radikalızmlə mübarizəyə həsr olunmuş seminarlar davam edir-


Dini radikalızmlə mübarizəyə həsr olunmuş seminarlar davam edir-


Dini radikalızmlə mübarizəyə həsr olunmuş seminarlar davam edir-


İnform.az


Baxış sayı: 269