Dünya, İqtisadiyyat
14.04.2017 / 09:52

"SOCAR Gürcüstanı fasiləsiz qazla təmin edir"- Kaxa Kaladze

 "SOCAR Gürcüstanı fasiləsiz qazla təmin edir"-Gürcüstan hökuməti ilə imzalanmış memorandum çərçivəsində Azərbaycanın "SOCAR" dövlət neft şirkəti Gürcüstanın sosial sektorunda fasiləsiz qaz təminatını tam şəkildə həyata keçirir.

İnform.az bildirir ki, bunu özəl olaraq Trend-ə müsahibəsində Gürscüstanın energetika naziri Qaxa Kaladze deyib.

Gürcüstanlı nazir bildirib: "Azərbaycan iki boru kəməri vasitəsilə Gürcüstanın tələbatını demək olar ki, tam təmin edir. Bu qaz boruları ilə Azərbaycan Gürcüstana sutkada təxminən 10,5-11,5 milyon kubmetr qaz tədarük edir. "Şah Dəniz-2" layihəsi çərçivsəidnə bu həcmin daha da artacağı gözlənilir".

İnform.az

Baxış sayı: 109