Baş xəbər, Dünya
19.07.2015 / 20:47

Obamanın İranla bağlı açıqlaması

Obamanın İranla bağlı açıqlaması

Sazişə əsasən İran uran ehtiyatlarını 98% azaltmalı, plutonium istehsal etməməli, yaxın 15 il ərzində Ərak reaktoru tipli reaktor tikməməlidir.

Amerika prezidenti xalqa ənənəvi həftəlik müraciətində qeyd edib ki, saziş İranın uran ehtiyatlarının 98 faiz azaldılmasını nəzərdə tutur. Bundan başqa, zənginləşdirilmiş uranın istehsalında istifadə olunan sentrifuqların sayı 20 mindən 6 minədək azaldılacaq.

İran həmçinin Ərak reaktoruna dəyişiklik edərək bir daha silah məqsədli radioaktiv plutonium istehsal etməməlidir. İran yaxın 15 il ərzində ümumiyyətlə bu tip reaktor tikməməlidir.

Bu proses İranın obyektlərini daim yoxlayacaq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) hərbi ekspertlərinin nəzarətində olacaq.

Razılaşmada əks olunan müddəalardan hər-hansı biri pozularsa, İrana qarşı bütün iqtisadi sanksiyalar yenidən qüvvəyə minəcək.

İnform.az

Baxış sayı: 300