Maraqlı
19.07.2015 / 20:23

Sevgi “Səni sevirəm” deməklə bitmir...

Sevgi “Səni sevirəm” deməklə bitmir...

Günün birində bir Güllə, bir Su qarşılaşır və dost olurlar. Gül bu dostluqdan o qədər xoşbəxt hiss edir ki özünü, Suya aşıq olur. İçi içinə sığmır. Ilk dəfə aşıq olur, ilk dəfə sevginin ləzzətini duyur. Bu sevgisini hər kəslə paylaşmaq istəyir, gözəl rayihəsini, gözəl ətrini ətrafa yayır.
Bir zamandan sonra Su da gülə qarşı içində qəribə şeylər hiss etməyə başlayır. Zaman keçdikcə o da gülə aşiq olduğunu hiss edir. Su da ilk dəfəymiş aşıq olurmuş.
Sevir amma, sevgisini necə etiraf edəcəyini bilmir.
Günlər bir-birini qovur və Gül “Ya Rəbbim, Su məni sevmirmi?”-deyə düşünməyə başlayır. Su sevməsinə baxmayaraq Gülə qarşı diqqətsizlik edir.
Bir gün Gül Suya: “Səni sevirəm Su”-deyə səslənir. Su da : “ Mən də səni sevirəm”-deyə cavab verir.
Aradan zaman keçir və Gül yenə Suya: ”Səni sevirəm”-deyir. Su da yenə “Məndə səni seviərəm” cavabını verir. Gül çox səbrli olur. Gözləyir, gözləyir, gözləyir...
Zaman keçir, artıq Gül elə hala gəlir ki, ətrafa ətir saça bilmir. Son dəfə Suya “Səni sevirəm” deyə pıçıldayır...
Su da “Sənə dedim axı, mən də səni sevirəm” deyir.
Və bir gün gəlir Gül yatağa düşür, çox ağır xəstələnir. Su da başı üstündə gözləyir, yardım etmək üçün.
Amma, Gülün öləcəyi artıq məlumdur. Zorla başını Suya tərəf çevirir və Suya pıçıldayır: “Səni həqiqətən mən çox sevirəm?”
Su çox üzülür və həkim çağırır. Həkim gəlir, Gülü müayinə edir və “Xəstənin durumu çarəsiz, təəssüf edirəm əlimdən heç nə gəlməyəcək” deyir. Su sevgilisinin çarəsiz xəstəliyinin səbəbini soruşur həkimdən: “Xəstəliyin səbəbi nədir?”
Həkim Gülə baxar və Suya: “ Gülün heç bir xəstəliyi yoxdur dostum, bu Gül sadəcə susuz qalmış, ölümünə səbəb də budur...”
Su bu sözdən sonra anlayır ki, sevdiyin kəsə sadəcə “Səni sevirəm” demək bəs etməzmiş. Bu sevgini əməldə göstərmək lazımmış...

Mənbə: “İnsan sıcağı öyküləri”

Baxış sayı: 625