Din, Elm-təhsil
11.04.2017 / 15:03

Dini radikalizmlə mübarizəyə həsr olunmuş tədbir keçirilib- Lənkəranda (Fotolar)

Dini radikalizmlə mübarizəyə həsr olunmuş tədbir keçirilib-
Bu gün Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Lənkəran şəhər 10 saylı tam orta məktəbdə, Lənkəran şəhər 7, 9 saylı tam orta məktəblərin və Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllim-şagird kollektivinin iştirakı ilə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib.

İnform.az DQİÜDK -nin Lənkəran bölgəsi üzrə şöbəsinin məlumatına istinadən bildirir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Lənkəran şəhər Təhsil şöbəsinin aparıcı məsləhətçiləri Ramin Höccətov, Cəmil Axundzadə, Lənkəran şəhər 10 saylı tam orta məktəbin direktoru Qadir Axundov, müəllimlər, şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər 10 saylı tam orta məktəbin direktoru Qadir Axundov qonaqları salamlayaraq, məktəblərdə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədovxalqımızın zəngin milli-mənəvi dəyərlərə sahib olduğunu, ölkəmizdə tarixən tolerant və multikultural mühitin hökm sürdüyünü bildirib.

Lənkəran şəhər Təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramin Höccətov şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin keçirilməsinin zəruriliyini qeyd edərək,gənclərin radikal dini təsirlərdən, dini radikalizmdən qorunmasında təhsilin əhəmiyyətini qeyd edib.

DQİDK-nin Lənkəran bölgə şöbəsinin məsləhətçisi Vüqar Şahbazov dini radikalizm, ekstremizm və onun fəsadları haqqında məlumat verərək, gənclərin bu sahədə maarifləndirilməsi, radikal dini təsirlərdən uzaqlaşdırılması baxımından “Fitnə” filminin mühüm əhəmiyyəti olduğunu diqqətə çatdırıb.

Sonda Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş etdirilib.

Dini radikalizmlə mübarizəyə həsr olunmuş tədbir keçirilib-


Dini radikalizmlə mübarizəyə həsr olunmuş tədbir keçirilib-


Dini radikalizmlə mübarizəyə həsr olunmuş tədbir keçirilib-


İnform.az

Baxış sayı: 278