Araşdırma
11.04.2017 / 12:42

Tarixə səyahət: Mircəfər Bağırov- Araşdırma

Tarixə səyahət: Mircəfər Bağırov-
Vüqar Şahbazov/tarixçi-araşdırmaçı

II yazı

Əvvəli burada:http://inform.az/index.php?newsid=25450

Bağırov gənc yaşlarından siyasi fəaliyyətlə məşqul olmağa başlayıb. Amma o siyasi fəaliyyətini 1918-ci ildən qeyd edib. Onu sonralar iddiham edirdilər ki, Siz öz partiya stajınızı gizlədirsiniz.

Əslində Bağırovun siyasi fəaliyyətə başlaması Azərbaycan Demokratik Respublikası dövrünə təsadüf edir. Belə ki, Bağırov ADR dövründə “Müsavat” partiyası ilə əməkdaşlıq edib, milli vətənpərvər qüvvələrlə sıx əlaqədə olub.

Bunların içərisində Əli bəy Zizinski ilə daha fəal əməkdaşlıq edib. Belə ki, Bağırov hələ ADR dövründə Əli bəy Zizinski ilə görüşüb Əli bəy Zizinski Bağırovun kəşfiyyat istedadının olmasını bilir, onun Qubaya polis görəvlisi göndərilməsi barədə ADR Daxili İşlər Nazirliyinə müraciət edir.

1918-1919-cu illərdə Bağırov ADR-nın Xüsusi orqanı ilə əməkdaşlıq edir, Həştərxanda olduğu zaman, o Bakıda tərxis edilmiş silahlı bolşevik qüvvələrinin mobilizasiyası haqqında məlumat hazırlayır. 1919-cu ilin sonunda o, gizlin Bakıya gələrək Qızıl Ordunun Həştərxanda və Şimali Qafqazdakı mövqeləri, onların Azərbaycana hücum planlarının hazırlanması haqqında məlumat verir, həmçinin Sovet hökumətinin ilk qurulduğu vaxtlarda Məhəmməd Əmin Rəsulzadəni Lahıcda gizlədir.

Məhz bu faktlar Bağırovun istintaqı zamanı onun “Müsavat” partiyası və Milli Hökumətlə əlaqəsi olduğunu ortaya çıxarıb.

1918-1919-cu illərdə Ermənilərin soyqırımına qarşı fəal şəkildə mübarizə aparıb. Qubada ermənilər tərəfindən dinc əhaliyə qarşı edilən soyqırımlarda Mircəfər Bağırov öz yaxın adamlarını itirir.

Nəriman Nərimanovun Leninlə görüşündən sonra Mircəfər Bağırova bolşeviklərlə əməkdaşlıq etmək təklifi olunur, Mircəfər Bağırov Nəriman Nərimanovun məsləhəti ilə Kommunist Partiyası sıralarına daxil olur.

Bağırovun siyasi fəaliyyətini Lavrenti Pavloviç Beriyasız təsəvvür etmək olmaz. L.P.Beriya Bağırovun siyasi fəaliyyəti boyu daim onu müşahidə və müdafiə edirdi.

Bağırovun Azərbaycanda siyasi fəaliyyətə gəlməyinin səbəbkarı məhz Lavrenti Pavloviç Beriya idi. Bəzi mənbələr məlumat verir ki, Beriyanı Fövqəladə Komissiyaya Mircəfər Bağırov gətirib. Əslində isə Beriyanı Sergey Kirov himayə etmiş və onu 1921-ci ildə Bağırov partiya sıralarından kənarlaşdırılan vaxt Azəbaycan Fövqəladə Komissiyasına rəhbər təyin etdib.
Beriya bir neçə ay bu vəzifədə Bağırovu əvəz edir, Moskva Bağırov haqqında müsbət rəy verdikdən sonra Beriya həmin postdan getməli olur.

Bağırov 1921-1927-ci illərdə Azərbaycan Fövqaləda Komissiyasına sədrlik edib. 1927-ci iln axırlarında Mirzoyan, Əliheydər Qarayev və Novruz Rzayev Bağırov haqqında mərkəzə qızışdırıcı informasıyalar verməklə onu vəzifədən kənarlaşdırılmasına nail olurlar. Bağırovla bu şəxslər arasında daim mübarizə gedib.
Novruz Rzayev Mircəfər Bağırovu ləkələmək üçün onun keçmişdə Müsavatla əlaqəsini qabartmağa çalışır və ADR dövründə Bağırovu rəhbər vəzifəyə göndərmək məqsədilə ADR – in Daxili İşlər Nazirliyinə müraciət göndərib Əli bəy Zizinskiyə işgəncələr verib.
Lakin, Əli bəy Zizinskidən heç bir məlumat ala bilmir. Məhz Bağırovun Azərbaycanda siyasi fəaliyyətdən uzaqlaşdırıldığı dövrdə (1927-1929)Novruz Rzayev Əli bəy Zizinskini güllələtdirir.(Əlbətdə sonralar siyasi hakimiyyətə gələn Bağırov Novruz Rzayevə bunu bağışlayır)

1927-ci iln axırlarında vəzifədən uzaqlaşdırılan Bağırov Gürcüstana gedir və orada Zaqafqaziya Su Təsərrüfatı İdarəsinə rəhbər təyin olunur.

1929-cu ilin sentyabrına kimi Bağırov Tiflisdə yaşayır. Həmin dövr artıq SSRİ - də kollektivləşmənin başladığı dövr idi. Bağırova Azərbaycanda kollektivləşmənin aparılması məqsədilə bir neçə dəfə xəbər göndərilir.

İnform.az

Baxış sayı: 265