Baş xəbər, Sağlamlıq, Müsahibə
11.04.2017 / 01:34

"Viaqra və digər ehtiras artıran dərmanlar müvəqqəti xarakterlidir"- SEKSPATOLOQ

"Viaqra və digər ehtiras artıran dərmanlar müvəqqəti xarakterlidir"-Müsahibimiz tanınmış seksopatoloq-androloq həkim Xudaverdi Əliyevdir. Onunla məlum sahədəki problemlər, bu çətinlikləri yaradan amillər və ondan çıxış yolları barədə ətraflı söhbət apardıq.

Sherg.az müsahibəni təqdim edir:

-Hazırda Azərbaycanda sekspotoloji - androloji durum nə yerdədir?

- Azərbaycanda seksopataloji-androloji durum çox bərbad vəziyyətdədir. İndi bu sahə ilə bu işdən başı çıxmayanlar məşğul olurlar. Bunun da başlıca günahkarı Səhiyyə Nazirliyi (SN) və telekanallardır. Birdə görürsən ki, hansısa bir uroloq andraloji cəmiyyət yaradıb, sağa- sola sertifikatlar paylayır. Halbuki sertifikatı vermək səlahiyyətinə yalnız Səhiyyə Nazirlyinin(SN) Sertifikasiya Komissiyası malikdir. Televiziyalar isə nəyinsə xatirinə bu həkimlərin reklamı ilə məşğul olurlar. İndi TV-lərdə yalnız müğənnilərin, şadlıq evlərinin, bir də ki həkimlərin reklamı gedir. Bir xəstəlikdən nə qədər danışmaq olar? Özü də eyni həkimlər, eyni mövzu , eyni məlumatlar. Bəzən belə şeylərə baxanda həkim olmağından utanırsan.

Dünya TV-də bir həkim danışır. Sanki adamlara deyir ki uşaq lazımdırsa, istədiyin vaxt gəl, pulunu ödə uşağını apar. İnsanları bu qədər aldatmaq olmaz! Başqa bir uroloq deyir ki sonsuzluğun bir nömrəli səbəbi varikoseldir. Təcili əməliyyat olmalıdır.Varikosel yalnız 3-4-cü dərəcədə ağırlaşma verərsə, əməliyyat olunmalıdır.

Yeni bir tendensiya yaranıb. İndi hansısa bir həkim gedib 1-2 ay xarici ölkədə fırlanır, qayıdıb deyir ki, mən uzmanam. Digər tendensiya odur ki, özəl klinikaların hamısında həkimlərin otağı sertifikasiya kağızları ilə bəzənib. Bəzilərində yazırlar ki "ilin həkimi", " ilin ən nüfuzlu həkimi " və s. Bu cızma-qaraları verənlər də hansısa bir lazımsız təşkilatın rəhbərləridir. Başa düşə bilmirəm ki, ilin həkimi hansı kriteriyalarla seçilir? Kim seçir?, niyə seçir?. 3-4 həkim yığılıb bir-birlərini ilin həkimi seçirlər. Bütün bunlara nəzarəti SN etməlidir.

SN isə dövlət tibb müəssisələrində seksopatoloji kabinetləri ləğv edib. Sanki ölkəmizdə seksual problemlər yoxdur. Problem yoxdursa, həmin ixtisaslı həkimə də ehtiyac yoxdur. Nəticə göz qabağındadır. Ailələr dağılır, boşanma halları artır, mentalitetimizə yad olan fahişəlik halları da çoxalır.
Mən bu haqda 3 il bundan qabaq həyəcan təbili çalmışdım. Nəticə gözlədiyim kimi oldu. Heç bir səs çıxmadı .

-Sekspotoloji məsələlərlə bağlı müraciət edənlər varmı? Əvəllər insanlar sekspotoloqa müraciət etməkdən çəkinirdilər, utanırdılar. Bu da, acı nəticələrə gətirib çıxarırdı. İndi cəmiyyət olaraq o maneəni aşa bilmişikmi?

-İnsanlar bu baryeri aşa biliblər. Hətta bəzən ifrat dərəcədə aşıblar. İnternetdə çox hayasız sual-cavab qoyurlar. İnanmağın gəlmir ki 15-20 il bundan əvvəl sekspatoloq həkimini soruşmağa utanan bu insanlar olub?.

-Müraciətlər daha çox hansı xəstəliklərlə bağlıdır və o problemlər nədən qaynaqlanır?

-Ən çox rast gəlinən hal erektil disfunksiya və onu yaradan səbəblərdir (şəkərli diabet ,xr. prostatit, seksual iyrənmələr, əsəb və psixi pozğunluqlar, intim münasibətlərin alternativ formalarının ortalığa çıxması- oral, anal intim əlaqələr - və s.

-Son zamanlar çox rast gəlinən hallardan biri də anadan olan oğlan uşaqlarında xayaları yuxarıda olmasıdır. Bunlar nədən irəli gəlir?

- Uşaqlarda belə hala kriptorxizm deyilir .Cinsi yetişkənlik neyrohumoral inkişaf nəticəsində əmələ gəlir. İnkişafın hər hansı bir mərhələsində proses itə və ya zəifləyə bilər. Həmçinin xayaların keçdiyi yolda üç daralma olur. Xayalar bu daralmalarda ilişib qala bilər. Bunu həm medikamentoz, həm də cərrahi yolla müalicə etmək olar. Aydındır ki, ilk başlanğıc da müalicə medikamentoz yolladır, nəticə olmasa, cərrahi müdaxilə edilməlidir.

-Ölkəmizə turistlər gəlir. Heç də sirr deyil ki, azərbaycanlı kişilər turist xanımlarla bəzən yaxınlıq edirlər. Bu da müxtəlif xəstəliklərə səbəb olur. Bu haqda nə deyə bilərsiniz?

-Xarici turistlər ölkəmizə həm pul, həm də müxtəlif yolxucu xəstəliklər gətirirlər. Elə infeksion xəstəliklər var ki, onlar (spid, müxtəlif qriplər ) xaricin məhsulu kimi ölkəmizə idxal olunurlar. Belə hallardan qorunmaq lazımdır. Ölkə nə qədər kasıblaşsa belə xəstəliklər bir o qədər çoxalacaq.

-Cinsi zəifliyi aradan qaldırmaq üçün çox hallarda Viaqra və başqa ehtiras artıran dərmanlardan istifadə edirlər. Bunun ziyanı nədən ibarətdir?

-Viaqra və digər ehtiras artıran dərmanlar müvəqqəti xarakterlidir. Bunu yaşlılarda əgər ürək problemləri yoxdursa, qəbul etmək olar. Ancaq bir çox Avropa ölkələri bu dərmanların qəbulundan imtina ediblər. Ən yaxşısı müalicəvi dərmanlar qəbul etməkdir.

-Belə dərmanlardan istifadə etmədən cinsi zəifliyi necə aradan qaldırmaq olar?

-Aktiv həyat tərzi, düzgün qidalanma, zəiflik yaradan səbəbləri ( xəstəlikləri ) müalicə yolu ilə aradan qaldırmaq və s .

-Əvəllər eşidərdik ki, prostat problemi yaşa dolmuş kişilərdə yaranırdı, yaşanırdı. İndi bu prostat problemi gəncləşib. Sizcə, səbəb nədir?

-Prostat vəzin problemləri cavanlaşıb. Bu düzgün yanaşmadır. Prostat vəzi yalnız bir dəfə özünü kəskin prostatit kimi göstərə bilir. Sonralar bu xroniki hala keçir. Oturaq həyat tərzi ( gənclər bütün günü internetdə məşğul olurlar , minik maşınlarından çox istifadə prostat vəzində durğunluq yaradır), infeksion xəstəliklərin artması, həmin xəstəliklərin gecikmiş halda müalicəyə cəlb olunması və s.xroniki prostatitin yayılmasının əsas səbəblərindəndir.

-Bəzən iryənmədən də müəyyən xəstəlik əmələ gəlir. Yəni Fransa, Hollandiya və digər ölkələr kimi fahişəliyi rəsmiləşdirmək olarmı? Problemi necə həll etmək olar ki, gənclər belə xəstələrin yanına getməsin?

-Azərbaycanda fahişəlik rəsmi olmasa da, geniş vüsət alıb. Feysbukda baxmaq kifayətdir ki bunun şahidi olasan. Mentaliteti nəzərə alsaq, deyə bilmərəm ki, bizə fahişəxanalar lazımdır. İş onsuz da öz axarı ilə gedir. Rəsmiləşdirməyin o cəhəti yaxşıdır ki, həmin xidmətdən istifadə efənlər tibbi müayinədən keçməlidir. Bu da, xəstəliklərin yayılmasının qarşısını qismən ala bilər .

sherg.az

Baxış sayı: 1187