Maqazin
11.04.2017 / 01:00

Aktrisalar “Üç badam bir qoz” filmindəki rollarına görə qonorar ala bilmirlər- Video

Aktrisalar “Üç badam bir qoz” filmindəki rollarına görə qonorar ala bilmirlər-
Bir neçə ay bundan əvvəl premyerası olan “Üç badam bir qoz” filmi ətrafında böyük qalmaqal yaşanıb.

İnform.az xəbər verir ki,serialın xanım qəhrəmanları Cəmilə Tağızadə, Mila Əminə və Sevinc Şirinova “Qafqazinfo”ya müraciət edərək ekran işinin prodüseri Altun Mətləboğlundan şikayətçi olublar.

Onlar A. Mətləboğlunu dələduzluqda ittiham ediblər. Aktrisalar bildiriblər ki, prodüser onlara ayrılan qonorarı vermir. Sevinc Şirinova qeyd edib ki, borcun məbləğindən asılı olmayaraq pulu iş icraçılarına halal etmir.

“Qafqazinfo” mövzu ilə bağlı bir neçə dəfə Mətləboğlu ilə əlaqə saxlayıb. Lakin, ittiham olunan şəxs mesaj və zənglərə cavab verməyib.

Şikayətlə bağlı hazırlanan videomaterialı təqdim edirik:



İnform.az

Baxış sayı: 1462