Din, Elm-təhsil
10.04.2017 / 19:00

“Multikulturalizm etnik-mədəni müxtəlifliyin tənzimlənməsinin səmərəli siyasət modeli kimi” adlı elmi seminar keçirilib- LDU-da (Fotolar)

“Multikulturalizm etnik-mədəni müxtəlifliyin tənzimlənməsinin səmərəli siyasət modeli kimi” adlı elmi seminar keçirilib-

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Multikulturalizm etnik-mədəni müxtəlifliyin tənzimlənməsinin səmərəli siyasət modeli kimi” adlı elmi seminar keçirilib.

İnform.az-ın xəbərinə görə seminarda DQİDK-nin Lənkəran bölgə şöbəsinin müdiri Qağayı Məmmədov, LDU-nun tədqiqat işləri və innovasiyalar üzrə prorektoru vəzifəsini icra edən Yədulla Ağazadə, LDU-nun professor-müəllim kollektivi iştirak edib.

Tədbirdə məruzə ilə çıxış edən LDU-nun baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudov multikulturalizm, onun mahiyyəti, dünyadakı multikulturalizm modellərihaqqında məlumat verib.

Seminarda çıxış edən digər məruzəçi DQİDK-nin Lənkəran bölgə şöbəsinin müdiri Qağayı Məmmədov Azərbaycanın tarixən multikultural və tolerant dəyərlərlə yaşayan ölkə olduğunu, bu dəyərlərin xalqımızın həyat tərzini təşkil etdiyini seminar iştirakçılarının diqqətinə çatdırıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

“Multikulturalizm etnik-mədəni müxtəlifliyin tənzimlənməsinin səmərəli siyasət modeli kimi” adlı elmi seminar keçirilib-


“Multikulturalizm etnik-mədəni müxtəlifliyin tənzimlənməsinin səmərəli siyasət modeli kimi” adlı elmi seminar keçirilib-


“Multikulturalizm etnik-mədəni müxtəlifliyin tənzimlənməsinin səmərəli siyasət modeli kimi” adlı elmi seminar keçirilib-


İnform.az

Baxış sayı: 330