Dünya, Hadisə
09.04.2017 / 16:00

Misirdə partlayış baş verib: 25 ölü (YENİLƏNİB)

Misirdə partlayış baş verib: 25 ölü (YENİLƏNİB)Tanta şəhərində kilsədə baş verən partlayış nəticəsində həlak olanların sayı 25-ə qədər artıb, 50-dan 70-dək adam xəsarət alıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu haqda Əl-Manar telekanalı xəbər verib.

XXX

12:42

Misirdə kilsədə baş verən partlayış qurbanlarının sayı 15-ə çatıb, 50 nəfərdən çox adam xəsarət alıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən partlayış Misirin Qarbiyə əyalətində Tanta şəhərində "Maq Qirqis" kilsəsində baş verib.

Qeyd edək ki, son məlumata əsasən Tanta şəhərinə ikinci partlayış baş verib.

XXX

12:14

Misirin Tanta şəhərində kilsə yaxınlığında partlayış baş verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu haqda "Mohit" portalı xəbər verib.

Məlumata görə, hadisə nəticəsində ölənlər olacağı istisna edilmir/

Trend

Baxış sayı: 247