Baş xəbər, Hərbi
07.04.2017 / 18:37

Çinin hərbi nümayəndə heyəti ölkəmizdə səfərdədir- FOTO

Çinin hərbi nümayəndə heyəti ölkəmizdə səfərdədir-
Ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının Beynəlxalq Hərbi Əlaqələr Bürosunun rəisi kontr-admiral Quan Yufeyin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyi və Hərbi Dəniz Qüvvələrində görüşlər keçirib.

İnform.az Müdafiə Nazirliyinin məlumatına istinadən bildirir ki, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində təşkil olunan tədbirdə qonaq heyət Müdafiə nazirinin Maddi-Texniki Təminat üzrə müavini vəzifəsini icra edən general-mayor Fuad Məmmədovla görüşüb.

Hərbi Dəniz Qüvvələrini ziyarət edən qonaqlar bazanın ərazisi ilə tanış olduqdan sonra komandanın vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətovla da görüşüblər.
Görüşlərdə iki ölkənin Silahlı Qüvvələri arasında ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektiv istiqamətləri nəzərdən keçirilib.

Çinin hərbi nümayəndə heyəti ölkəmizdə səfərdədir-



İnform.az

Baxış sayı: 291