Din, Elm-təhsil
07.04.2017 / 18:12

“Məktəblililərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilib- Lənkəranda (Fotolar)

“Məktəblililərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilib-
Bu gün Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Lənkəran şəhər 4 saylı Humanitar Təmayüllü Məktəb Liseyində Lənkəran şəhər 1saylı və Sutəmurdov kənd orta məktəbinin müəllim-şagird kollektivinin iştirakı ilə “Məktəblililərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- Dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, Lənkəran şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri Nəsir Əkbərov, Ramin Höccətov, 4 saylı HTML-nın direktoru Yeganə Əsgərova , DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları, müəllimlər, şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov “Multikulturalizm ili”nin davamı kimi Cənab idPrezident tərəfindən bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin mühüm və mütərəqqi təşəbbüs olduğunu diqqətə çatdırmışdır. Natiq Dini radikalizm, ekstremizm və onun fəsadları haqqında məlumat verərək, gənclərin maariflənməsi, radikal qrupların təsirinə məruz qalmamaları baxımından “Fitnə” filminin mühüm əhəmiyyəti olduğunu bildirib.
Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- Dini qurumlarla işin təşkilatçısı Asif İmanlı şagirdlər arasında bu kimi maarifləndirmə tədbirlərinin keçirilməsinin, gənclərin bu istiqamətdə məlumatlandırılmasının zəruriliyini qeyd edib.

Lənkəran şəhər Təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramin Höccətovölkəmizdə tarixən tolerant və multikultural mühitin hökm sürdüyünü, gənclərin radikal dini təsirlərdən qorunmasında təhsilin əhəmiyyətini vurğulayıb.

Sonda Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş etdirilib.

“Məktəblililərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilib-


“Məktəblililərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilib-


“Məktəblililərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilib-


“Məktəblililərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilib-


“Məktəblililərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilib-


“Məktəblililərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilib-


“Məktəblililərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilib-


İnform.az

Baxış sayı: 177