Müsahibə
06.04.2017 / 16:55

Ölüm nədir?- Yalan olmayan ən böyük duyğu- Arzu Nağıyev

Ölüm nədir?- Yalan olmayan ən böyük duyğu-“Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara politoloq Arzu Nağıyev cavab verir.

- Niyə varsan?

- Yaradan tərəfindən verilən funksiyanı yerinə yetirmək üçün.

-Niyə yox olacaqsan?

- Ömür adlı ayrılan zaman kəsiyi tamam olanda həmin yeri boşaltmaq üçün.

-Niyə yazırsan?

- Bu ilahi vergidən istifadə edib duyğularımı insanlara çatdırmaq üçün.

- Yaşamaq nədir?


- Həyat adlı bir məhfumun bütün üzünü görmək və düzgün nəticə çıxarmaq.

- Ölüm nədir?

- Yalan olmayan ən böyük duyğu…

- Ədalət nədir?

- Maddi, fiziki və ya mənəvi varından alçaltmaq üçün istifadə etməmək.

- Azadlıq nədir?

- İnsanın özü –özü üçün yarada biləcəyi bir seçim.

- Yaradıcılıq nədir?

- Başqaları üçün yaşanan, özün üçün təsəlli verən imkan.

- İnsan kimdir?

- Öz nəfsinə hakim kəsilə bilən, şüurlu canlı.

manera.az

Baxış sayı: 661