Baş xəbər, Araşdırma
06.04.2017 / 14:53

Dünyada siqaretin ən çox ölümə səbəb olduğu ölkələrin- SİYAHISI

Dünyada siqaretin ən çox ölümə səbəb olduğu ölkələrin-Siqaret çəkməyin ölümə səbəb olduğu barədə araşdırma aparılıb.

İnform.az ölkə.az"-a istinadən xəbər verir ki, beynəlxalq tədqiqatın nəticələri "The Lancet" jurnalında nəşr edilib.

Məlumatda bildirilir ki, siqaret çəkmək müxtəlif xəstəliklərə səbəb olur və bu xəstələr sonradan dünyasını dəyişirlər.

Ekspertlərin topladığı məlumatlara əsasən, siqaret çəkmək ən çox Çində ölümə səbəb olur. Siyahının ikinci pilləsində Hindistan, üçüncü pilləsində isə ABŞ yer alır. Rusiya ilk beşliyə daxil olub və siyahıda dördüncü pillədə qərarlaşıb. Siqaret çəkməyin səbəb olduğu ölümlərə görə İndoneziya beşincidir.

Tədqiqat nəticələrinə görə, təkcə Rusiyada 2015-ci ildə siqaret çəkməyin səbəb olduğu xəstəliklərdən 283 min insan dünyasını dəyişib.

Dünyada isə siqaret çəkənlərin ümumi sayı 1 milyard nəfərə çatıb.

İnform.az

Baxış sayı: 401