Araşdırma
05.04.2017 / 15:48

Tarixə səyahət: Mircəfər Bağırov- Araşdırma

Tarixə səyahət:  Mircəfər Bağırov-
Vüqar Şahbazov/tarixçi-araşdırmaçı

I yazı


Yoldaş Bağırov - Azərbaycanın vahid bir dövlət kimi formalaşmasında və ən əsası bolşevizm çətiri altında olsa belə, milli dövlətçiliyi öz yetirmələrinə ötürə bilən,Azərbaycanda erməni daşnaklarının əl-qol açmasının qarşısını alan, xalqımıza 20 ildən artıq xidmət edən vətənpərvər şəxsiyyət.

O,1895-ci il 17 sentyabrda Azərbaycanın Quba şəhərində anadan olub. Mirabbas Bağırov və Yaxşı ananın ailəsində doğulan Mircəfər evin sonbeşiyi idi.
Molla məktəbində oxuyub. Quba ziyalılarının vəsaiti hesabına Petrovsk şəhərində 2 illik rus dili müəllimliyi kursu keçib.

Qubada Qırmızı Qəsəbədə və Xaçmazda müəllimlik edib. Rus, Fars, Ləzgi dillərini bilib.Bağırovun fars dilini bilməsi Ruhulla Axundova yazdığı məktubundan məlum olub.
SSRİ-nin və Azərbaycanın təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışmış, 1921-1927-ci illərdə Azərbaycan Fövqaladə Komissiyasının sədri, 1932-33-cü illərdə Azərbaycan SSRi Xalq Komissarlar Sovetinin sədri, 1933-1953-cü illərdə Azərbaycan SSRİ Kommunist Partiyasının I katibi, 1953-cü ilin son 5 ayı isə Azərbaycan SSRİ Nazirlər Sovetinin sədri vəzifələrində işləyib. İki övladı olub.O, Həştərxanda işləyərkən (1918-1920) Mariya adlı bir zadəgan qızıyla ailə qurub və bu nikahdan bəzi mənbələrdə adı Cahangir, bəzilərində isə Vladimir yazılan oğlu dünyaya gəlib. Bağırov Mariya ilə 9 il yaşayıb. Mariya 1926-cı ildə vəfat edir.O, Bakıda Patamdar qəbristanlığında dəfn edilir.

Bağırov onun qəbrinin üzərində “sakit yat, vəfalı rəfiqəm” yazısını yazdırır. Bağırovun ailə dramının İosif Stalinin ailə həyatına oxşarlığı var.

Mariyanın vəfatından 4 il sonra Bağırov Məsumə və digər bacısının təkidi ilə İçərişəhərdə yaşayan Yevgeniya Mixaylovna ilə ailə qurur. Bu nikahdan Bağırovun 1932-cı ildə avqustun 9 da Cem adlı oğlu dünyaya gəlir.

Böyük oğlu MirCahangir (Vladimir) II dünya müharibəsində təyyarəçi kimi iştirak edib.1943-cü ildə iyun ayında düşmənlə gedən qeyri-bərabər döyüşdə 8 alman təyyarəsini vurub, yanacağı qurtardığı üçün tarana gedir və təyyarəsini alman təyyarəsinə çırpır.Vəfatından sonra ona “Lenin” ordeni verilir.Onun cənazəsi Həzi Aslanovunun köməkliyi ilə Bakıya gətirilərək Yasamal qəbristanlığında, anası Mariya xanımın yanında dəfn edilir.Onun 2-ci oğlu Cem Bakıda orta təhsilini 6 saylı məktəbdə alır.Tiflisdə hərbi məktəbdə, 1951-ci ildə Moskvada Jukov adına Aviasiya Akademiyasında oxuyur.

1971-ci ildə Moskvada ailə həyatı quran Cemin 7 il sonra oğlu dünyaya gəlir.Cem oğlunun adını Mircəfər qoyur.Cem 1994-cü il 24 mayda Moskvada vəfat edib.

Oğlu – nəvə Mircəfər isə 2005-ci ildə Hindistanda məzuniyyətdə olarkən avtomobil qəzasında 27 yaşında dünyasını dəyişir.
Mənbələrin məlumatına görə Bağırov tərcümeyi halında belə yazirdi:“Babam Hacı Mirbağırov Dərbənddə dünyaya göz açıb.Quba mahalına köçdükdən sonra iki dəfə evlənib.Birinci xanımından atam Mirabbas Bağırov və onun üç qardaşı dünyaya gəlib.Ancaq indi onlar sağ deyillər.İkinci arvadından dörd oğlu olub.Onlarda rəhmətə gediblər.Demək istəyirəm ki,atam və onun qardaşları ögey ana tərəfindən evdən qovulublar.Kasıb, yetim bir həyat sürüblər” (Bağırovun istintaqa verdiyi ifadələrindən, Moskva 1955-ci il)

Tarixə səyahət:  Mircəfər Bağırov-



İnform.az

Baxış sayı: 986