Dünya, Hadisə
05.04.2017 / 12:50

İranda güclü zəlzələ olub, ölən və yaralananlar var - YENİLƏNİB-2

İranda güclü zəlzələ olub, ölən və yaralananlar var -Xorasan-Rəzəvi əyalətinin mərkəzi Məşhəd şəhəri də daxil olmaqla beş şəhərdə orta və ali təhsil müəssisələri bağlanıb.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu Xorasan-Rəzəvi əyaləti icra başçısının müavini Məhəmməd Məqdəvəri bildirib.
Məlumata görə, təbii fəlakətlə əlaqədar Məşhəddə böhran mərkəzi yaradılıb.
Xəbərdə bildirilib ki, zəlzələ baş verən bölgələrdə kommunikasiya xətləri sıradan çıxıb.

*** 12:20

İranın Xorasan-Rəzəvi əyalətinin Sefidsəng (“Ağdaş”) bölgəsində baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, İranın Qızıl Aypara Cəmiyyəti Cənubi, Şimali və Xorasan-Rəzəvi əyalətlərindəki bütün xəstəxanalarda hadisə ilə bağlı hazırlıq işləri görülüb.
Məlumata görə, təbii fəlakət nəticəsində 4 kənddə dağıntı olub.

*** 10:40

İranın Məşhəd şəhərində 6,1 bal gücündə zəlzələ olub.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Araşdıma Mərkəzi yayıb.
İnformasiyaya əsasən, yeraltı təkanlar 33 km dərinlikdə meydana gəlib. Məlumata görə, zəlzələ ölkənin Məşhəd şəhərindən 76 km qərbdə baş verib.
İran KİV-i isə ölkənin Cənubi Xorasan əyalətinin Şuşef şəhərində isə 11 dəfə zəlzələ baş verdiyi barədə məlumat yayıb. İlk yeratlı təkanın 4,7 bal gücündə olduğu bildirilib. Məlumata əsasən, ölkənin Urmiya əyalətinin Xoy şəhərində isə 3,4 bal gücündə zəlzələ qeydə alınıb.

İnform.az

Baxış sayı: 342