Hadisə
05.04.2017 / 11:41

Narkotik qaçaqmalçılığının qarşısı alınıb

Narkotik qaçaqmalçılığının qarşısı alınıbBiləsuvar Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə narkotik qaçaqmalçılığının qarşısını alıblar.


İdarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama keçirilib. Yoxlama nəticəsində, vətəndaşın daxili orqanında (düz bağırsağında) bir ədəd bükümdə, xalis çəkisi 35,984 qram olan heroin aşkar edilib.

İnform.az DGK Mətbuat Xidmətinin məlumatına istinadən bildirir ki, "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşının üzərində şəxsi yoxlama zamanı isə onun qolları dirsəyə qədər qatlanmış köynəyinin sağ qolunda bir ədəd bükümdə, xalis çəkisi 0,523 qram olan tiryək aşkar edilib.


Hər iki faktla bağlı araşdırma aparılır.

İnform.az

Baxış sayı: 200