Sosial
05.04.2017 / 11:33

Qardaşı qızını qaçıran şəxs Gəncədə işləyirmiş - Başqa rayondandır

Qardaşı qızını qaçıran şəxs Gəncədə işləyirmiş -
Evli ola-ola doğma qardaşı qızını qaçıran "əmi" barədə yeni məlumat var.

Bu barədə "Ölkə.Az"-ın redaksiyasına onun tanışı zəng edib.

Adının çəkilməsini istəməyən şəxs qeyd edib ki, mətbuatda əminin qardaşı qızını qaçırmasıyla bağlı yayılan xəbərlərdə onun gəncəli olduğu barədə yazılanlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, qardaşının 23 yaşlı qızını qaçıran 38 yaşlı Həsən Səfərov əslən Goranboy rayonundandır və Gəncədə işləyirmiş, ona görə də orada kirayə ev tutub yaşayırmış.

Qeyd edək ki, 3 uşaq atası olan H.Səfərov iki uşaq anası olan qardaşı qızını qaçırıb və onunla dini nikaha daxil olub. Bu barədə mətbuata H.Səfərovun həyat yoldaşı Həmidə Səfərova məlumat verib.

İnform.az

Baxış sayı: 244