Diaspora Akademiyası, Baş xəbər
31.03.2017 / 12:38

Türkiyədəki diaspor təşkilatının jurnalı işıq üzü görüb

Türkiyədəki diaspor təşkilatının jurnalı işıq üzü görübTürkiyədəki diaspor təşkilatının jurnalı işıq üzü görüb.

Bu barədə İnform.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Türkiyədə fəaliyyət göstərən Eskişehir Azərbaycanlılar Dərnəyinin mətbu orqanı – “Üç çizgi” jurnalının ilk sayı çapdan çıxıb. Jurnalının təsisçisiEskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın, redaktoru Rza Mammadov və mətbuat müdiri Aygün Öztürkdür.
"Üç çizgi" jurnalı Azərbaycan Respublikasının dövlət bayrağındakı Azərbaycan xalqının türk mənşəli olmasını,müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini və islam sivilizasiyasına mənsubluğunu ifadə edənüç üfüqi zolağın şərəfinə belə adlanır.
Jurnalda oxuculara Azərbaycan, Türkiyə, o cümlədən digər ölkələrdən təqdim olunan elmi məqalələr, reportajlar, tarixi-elmi araşdırmalar və qısa hekayələr yer alacaq.

Jurnalda çap olunmaq istəyənlər öz yazıılarını uccizgi@outlook.com elektron poşt ünvanına göndərə bilərlər.
Jurnal Türkiyə türkcəsində 3 ayda 1 dəfə nəşr olunacaq.

İnform.az

Baxış sayı: 235